"Sərfəli şərtlər, komfort, operativ xidmət və digər bu kimi onlarla üstünlüklərimizi saymaq mümkündür. Lakin professionallıq bunlarla limitlənən amil deyildir. Professionallıq - Marketinq mütəxəssislərimizdən başlayaraq servis mühəndislərimizə qədər, hər bir əməkdaşımızın sadəcə bir kabinetə baxaraq artıq ilkin təchizat planını vizual olaraq hazırlama qabiliyyətində olmasıdır. Bonamed şirkəti sizin proyektlərinizdə məsləhətçi və təchizatçı olaraq maksimal professionallıqla çıxış etməkdədir. İstər tibbi istərsə də gözəllik sahəsinə məxsus kabinetlərin təchizatında bir çox detallar və amillər mövcuddur. Həkim olaraq bəzi texniki amilləri nəzərə almamağınız və məlumatsız olmağınız tamamilə normaldır. Lakin yalnış şirkətlə çalışacağınız halda bir o qədər də təhlükəlidir. Bonamed brendi ilə təhlükə sözünü eyni cümlədə yaza biləcəyimiz yeganə situasiya isə yalnız indi qeyd etdiyimiz misalda ola bilər. Kabinetlərin sıfırdan qurulması, ideal formada təchiz edilməsi və bütün texniki detalların nəzərə alınması bizim üçün prioritetdir"
Asif Abdullayev
CEO and Founder