Bloqlar

LPG (Endermologiya) masaj texnologiyası nədir ?

LPG – xüsusi masaj növünün ixtiraçısı olan, zamanında təəsüf ki heç kim tərəfindən tanınmayan fransız mütəxəssis Louis-Paul Gaitay adından götürülmüş abreviaturadır. 1986-cı ildə, yol-qəza hadisəsində ağır travmalar alan Louis, reabilitasiya dövründə üzləşdiyi çətinliklərə görə daha effektiv və sürətli bərpa üçün üsulların üzərində çalışmağa başlayır. Məcburi araşdırmaları nəticəsində o LPG masaj cihazını kəşf edir. Bu üsulun tətbiqi onun bərpasını inanılmaz dərəcədə sürətləndirir və reabilitasiya texnologiyalarında yeni bir açılış olaraq tarixə keçir. LPG masaj üsulu dərialtı piylərin həcmini azaldır, bədəni formalaşdırır və ümumi massanı endirir. Bunlarla bərabər LPG üsulu ilə dərinin cavanlaşmasıda müşahidə olunur.

Qısa müddət sonra, yeni metodika və onun imkanları ilə bağlı xəbərlər nəinki Fransa, sürətli formada bütün dünyada yayılmağa başlayır. Cihaz texnologiyaları üzrə fəaliyyət göstərən mütəxəssislər bu üsulu daha da mükəmməlləşdirir və geniş formada tətbiqinə başlayır. Təkmilləşmiş endormologiya FDA təsdiqi alır. Günümüzdə artıq bu texnologiya istər estetik istərsədə bərpa üzrə geniş formada tətbiq olunur.

LPG masaj (endermologiya) – kompleks dəri,əzələ və onların strukturunun stimulyasiyasını təmin edən innovativ metodikadır.Endermoloji masaj üçün xüsusi vakuum rolik manipulaları ilə təchiz olunmuş cihazlar tətbiq olunur. Həm fiziki həm də mexaniki təsirlərin kombinasiyası prosedurların maksimal effektini göstərir. LPG texnologiyası estetik,yaşlanma və fizioloji problemlərin aradan qaldırılması üçün minimal prosedur sayı tələb edir.

İlkin olaraq endermologiya cihazları yalnız LPG System (Fransa) şirkəti tərəfindən istehsal olunurdu. Lakin, metodika məşhurlaşdıqca bir çox B-Flexy və digər bu kimi dünya brendləri bu texnologiyanın istehsalı üçün patent əldə etdilər.

LPG masaj dərinin epidermis,derma və dərialtı yağ qatlarına qədər təsir edir. Qanın və limfanın mikrosirkulyasiyanı təmin edərək o təbii lipoliz prosesini aktivasiya edir və yağ hüceyrə membranlarının həssaslığını artırır. Mütəmadi LPG masaj prosedurları yağları bədəndən xaric tmək və ən əsası, bunu təbii formada həyata keçirmək üçün ən gözəl üsul hesab oluna bilər.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.