İLLUZİYA DEYİL MÖCÜZƏDİR​

Plasmage ® – Estetik tibbdə möcüzələr yaradan, patentləşdirilmiş texnologiyaya malik, 50-dən çox proseduru ideal formada həyata keçirə bilən dünyanın ilk fraksional plazma cihazıdır.

Funksiya - Hərşey

Fəsil - İstənilən

Sərfiyyat - Heçnə

Stil - İtalyan

"Plasmage" möcüzəsi

Plasmage qeyri-invaziv mikrocərrahiyə üçün nəzərdə tutulan tibbi cihazdır.Cihazın komplektasiyasına müxtəlif ölçü və formada olan,sterilləşdirilə bilən iynələr daxildir.Bu iynələr texniki təhlükəsizlik tələbləri nəzərə alınaraq,yüksək keyfiyyətli,yüngül,erqonomik və dözümlü olan xüsusi materialdan hazırlanmışdır.Aşağı çəki və praktik korpusa malik olmasına görə Plasmage® istənilən yerə rahatlıqla daşına bilər.Cihazın 9 protokolu vasitəsilə hər prosedur üçün optimal parametrlər təyin oluna bilər.İntellektual proqram təminatı avtomatik olaraq düzgün modulyasiyaları rahatlıqla seçib təqdim edir

Plasmage® cihazının əsas üstünlüyü prosedurlarının çoxluğu yox,həmin proseduru hansı səviyyədə effektiv həyata keçirə bilməsindədir.Plasmage® nəticələrini bir araya qoyub izlədikdə əmin olun ki,bu nəticələrin hamısının bir cihazla əldə edildiyini təxmin belə etmək mümkünsüzdür.Lakin bu realdır.Çünki Plasmage® cihazının böyük tənzimləmə imkanları və müalicə protokolları hər bir proseduru individuallaşdırmağa imkan verir.Bununla yanaşı bu protokollar mütəxəssisə rahatlıqla dəriyə təsir dərəcəsini və tam sağalma dövrünün müddətini tənzimləməyə imkan verir.

Fraksional plazma​

Fraksionallığın 4 impuls dərəcəsi ilə impuls tənzimləməsi ​

Güc tənzimlənməsi

Fraksiya səviyyəsinin prefiksinin olmasına baxmayaraq mexaniki güc tənzimlənməsi

Fasiləsiz plazma

Bu rejim vasitəsi ilə fasiləsiz tətbiq həyata keçirmək mümkündür​

30 enerji modulyasiyası

6 intensivlik şkalası və 4 fraksionallaşdırma səviyyəsi ilə daimi fraksionallaşdırma .

Plasmage®

Plasmage® cihazının iş prinsipi aşağı temperaturlu fraksional plazma enerjisinə əsaslanır.Plazma enerjisinin estetik tibbdə tətbiqinə artıq 15 ilə yaxındır ki, həyata keçirilməkdədir.Lakin metodikanın geniş istifadə olunmasının və dermatoloji lazerləri əvəz etməsinin qarşısını alan əsas səbəblərdən biri generasiya olunan enerjinin idarə olunmasındakı problemlər olmuşdur.Yalnız yüksək təcrübəyə malik mütəxəssislər heç bir əks-təsir yaratmadan müsbət nəticə əldə edə bilirdi.Brera Medical şirkəti 100%-lik dəqiqlikdə dərinin tətbiq olunan nahiyəsinə enerjini çatdıran və ətrafa yayılmasının qarşısını alan plazma enerjisinin fraksional çatdırılma mexanizmini yaratmışdırlar.Bu patentləşdirilmiş plazma texnologiyasının vasitəsi ilə enerji stabil olaraq qalır və müalicə üsulu idarəedilən formada həyata keçirilir. 

Brera Medical tərəfindən hazırlanmış və patentləşdirilmiş fraksional plazma® texnologiyasının üstünlükləri:

Qənaətcil

Sayılı dəqiqələr tələb edən sürətli prosedur

Təhlükəsiz

Prosedur sonrası hematomların olmaması

Ağrısız

Plazma texnologiyasının fraksional formada tətbiqi

Erqonomik

Prosedurdan dərhal sonra gündəlik həyata qayıtma imkanı

Effektiv

Protokollar ilə 1 prosedurdan əldə edilən mükəmməl nəticə

Qansız

Qansız, tikişsiz və sadəcə lokal anesteziya ilə prosedur

Komfort

Qısa və gündəlik həyata mane olmayan reabilitasiya

Sərfəli

Cərrahiyəyə nəzərən qat-qat sərfəli prosedur dəyəri

BRERA MEDICAL

Brera Medical şirkəti estetik cihazların istehsalı sahəsində pioner sayılan 30 illik böyük təcrübəyə malik novatordur.İnnovativ yanaşmaya malik olan Brera Medical, anti-aging, estetik tibb və fizioterapiyada optimal həllər təqdim etməkdədir.Bütün texnologiyaları üçün olduğu kimi,Plasmage® cihazı üçündə qızıl standart sayılan Brera protokolları işinizi qat-qat rahatlaşdıracağdır.

MÜTƏXƏSSİS RƏYLƏRİ

Mən Xorvatiyanın Split klinikasında fəaliyyət göstərən həkim Andjela prolicəm.Gündəlik fəaliyyətimdə hər gün Plasmage cihazından istifadə edirəm.Qeyri-invaziv formada inanılmaz nəticələri təmin etdiyinə görə Plasmage cihazı pasientlər üçün möhtəşəm həll yoludur.Onu müxtəlif dəri problemlərində istifadə edirəm. Plasmage ilə blefaroplastika isə ən sevdiyim prosedurlardandır.
MD Dr Andjela Prolic
Aestetik mütəxəssis
Mən Braziliyada fəaliyyət göstərək okulaplastik cərraham.Sizə Plasmage barəsində danışmaq istərdim. Bu cihaz:Mən onu sevirəm! İstifadəsi çox rahatdır,portativ olması isə onu istənilən yerdə istifadə etməyə imkan verir.Plastik cərrahiyənin uyğun olmadığı pasientlər üçün mükəmməl seçimdir.Pasientlərim həmişə nəticələrlə bağlı çox məmnundur.
Dr Ana Carolina Porto
Okulaplastik cərrah
Mən Yunanısda fəaliyyət göstərək plastik cərraham.Heç bir sərfiyyatının olmaması,istifadəsinin rahatlığı və portativ olmasına görə Plasmage cihazını çox xoşlayıram.Onu rahatlıqla özümlə istənilən səyatimda təyyarə ilə apara bilirəm.CO2 prosedurlarım ilə müqayisədə nəticələrin Plasmage ilə daha üstün olduğunu düşünürəm.
Dr Loannis Metallinos
Plastik cərrah
Mən doktor Edison Parra,doktor Nicolas Salamanca ilə Los Angeles şəhərinə gətirmiş olduğumuz yeni texnologiyanı təqdim edirik. Müəyyən yaş dövründə artıq dərimizin sallanması,boşalması və yaşlanmanın digər göstəriciləri olan qırışlar,ləkələr və çapıqların yaranması təbiidir.Plasmage aestetik tibbdə,invaziv cərrahi prosedurları əvəz edən,bu problemləri həll edən yüksək texnoloji cihazdır
Dr Edison Parra
Orofasial estet
Mən oftalmoloq,cərrah və aestetik mütəxəssis Nino Gaprindashviliyəm. Blefaroplastika üçün Plasmage möhtəşəmdir,qısa reabilitasiya dövrü ilə birgə möhtəşəm nəticəni təmin edir. Onunla siz ksantelazma, fibrozlar və qırışlar, papillomalar, çapıqlar və çox sayda müxtəlif problemləri mükəmməl nəticə ilə həll edə bilərsiniz.Plasmage klinikanızda "mütləq olmalıdır" cihazıdır.
Dr Nino Gaprindashvili
Oftalmoloq
Mən London və Zaqrebdə fəaliyyət göstərən doktor Nick Milojevicəm. Klinikamızda fraksional plazma texnologiyası ilə təhlükəsiz , tamamilə ağrısız və sürətli formada gözətrafı nahiyələrdə artıq dəri ,qırışlar və gözaltı torbaların aradan qaldırılması prosedurlarını həyata keçiririk.Mənim üçün bu cihaz cərrahiyyə ilə alınması çətin olan ən inanılmaz nəticələri təmin edir.Mən Plasmage cihazını sevirəm.
Dr Nick Milojevic
Aestetik mütəxəssis
Mən Cheltenham şəhərində fəaliyyət göstərən, stomatoloqam. Plasmage cihazını artıq 3 ildir ki, əldə etmişik və investisiyamızın bizə geri dönməsi sadəcə aylar çəkdi. Bizim əsas prosedurlarımız,barkod qırışlar, ləkələr, törəmələr və blefaroplastikadır.Bu cihaz möhtəşəmdir.Bütün heyətimiz onu rahatlıqla istifadə edir.Gündəlik işdə ən vacib alətlərimizdən biridir.
Dr Tim Eldridge
Stomatoloq
Mən Buxarest şəhərində fəaliyyət göstərən dermatoloq Daniala Taherəm. Təbii ki, cihazın əsas indikasiyası blefaroplastikasıdır. Lakin, Plasmage cihazını artıq boyun və üz liftinqindədə tətbiq edərək möhtəşəm nəticələr əldə edirəm.Mənim klinikamın əsas işi çapıq müalicəsidir və qeyd etmək istərdim ki, Plasmage cihazı çapıqların aradan qaldırılmasında möhtəşəmdir.
Dr Daniela Taher
Dermatoloq
Mən Yunanıstanda fəaliyyət göstərən dermatoloq, Pantelis Aronisəm. İlk dəfə Plasmage cihazını IMCAS konqressində görmüşəm. Qısa müddət sonra ona texniki möhtəşəmliyinə görə investisiya etməyə qərar verdim. Fraksional plazma Brera tərəfindən yaradılan möhtəşəm ideya idi.Demək istərdim ki, Plasmage cihazına edilən investisiya düzgün seçim idi.
Dr Pantelis Aronis
Aestetik mütəxəssis

TEZ-TEZ SORUŞULAN SUALLAR

Plasmage® cihazının heç bir sərfiyyat məhsulu və ya hissəsi mövcud deyildir.Cihaz plazma enerjisini generasiya edir və tamamilə sərfiyyatsız formada illərlə xidmət göstərmək qabiliyyətindədir.

Plasmage® cihazını əldə etdikdə,əlavə olaraq siz professional təlim və sertifikat əldə edirsiniz.Təlim müddəti 1 həftədir.Təlim müddəti ərzində praktiki və nəzəri olaraq bütün incəliklər öyrədilir.pasientlər üzərində tədris proqramları keçirilir.Əlavə olaraq tədris müddəti başa çatdıqdan sonrakı iş prosesində siz yaranmış olan bütün suallarınızın cavabını əldə edə və mütəmadi olaraq keçirilən təlimlərimizdə pulsuz formada iştirak edə bilərsiniz.

Plasmage® cihazının prosedurları dermatologiya,kosmetologiya,yüngül cərrahiyyə,stomatologiya,ginekologiya və oftalmologiya kimi sahələri geniş formada əhatə edir.

Nəticələrin qalıcılığ müddəti cərrahi estetik əməliyyatlarla əldə edilən nəticələrlə eyni sayıla bilər.Minimum 5 il müddətindən sonra təbii olaraq artıq müəyyən nahiyələrdə yaşlanma davam edir və öz təsirini az belə olsa göstərir.Lakin minimum 5 il müddətinə nəticənin dəyişməz olaraq qalacağına əmin olmaq mümkündür.

Cihazın rəsmi zəmanət müddəti 3 ildir.Bu müddət ərzində professional servis xidməti tamamilə pulsuz formada təmin olunur.Cihazın texniki problemləri illər boyunca demək olar ki,müşahidə olunmur.Lakin zəmanət 3 il olması buna əmin olmağımızın bariz sübutudur.