Bloqlar

RF (radiofrekans) liftinq texnologiyası nədir?

RF Liftinq – dərinin gərilməsi və cavanlaşdırılması üzrə istiqamətlənən və cihaz kosmetologiyasına aid olan prosedur metodikasıdır. Bu prosedur növü effektivliyi və ən əsası qeyri-invazivliyi sayəsində qısa müddətdə populyarlaşmışdır.Müsbət effekt almaq üçün yalnız təcrübə və kosmetoloji savad yox,həmçinin düzgün aparat seçimi mühümdür.

Metodika RF impulsları vasitəsiylə dərinin qızdırılmasına əsaslanır.Yüksək tezliyə malik tok hüceyrələri stimulyasiya edir,kollagen və elastin regenerasiyasını sürətləndirir və beləcə dəri qatlarının liftinqini təmin edir.Müasir RF Liftinq cihazları yumşaq isitməyə malikdirlər.Bu isitmə heç bir hüceyrəyə təsir etmir,habelə kollagen və elastini rahatlıqla stimulyasiya edir.

RF liftinq cihazlarının əsasən 3 dərinlikdə təsir etmə qabiliyyətləri mövcud olur.
Səthi – epidermisə təsir
Orta – 2 sm dərinlik
Dərin – 3 sm-yə qədər təsir

Effektin dərəcəsinə təsir edən əsas amillər bunlardır:
Vakuum başlığının mövcudluğu
Başlıq sayı və növləri
Dərinin isidilməsinin tənzimlənməsi

Minimum 3 növ başlığ,bədən və üz üçün vakuumlu,həmçinin vakuumsuz başlıqlar mühümdür.Vakuumsuz başlıqlar əsasən səthi defektləri aradan qaldırmaq üçün nəzərdə tutulur.Vakuumlu başlıqlar isə gərəkli nahiyəni tutmağa və enerji vasitəsilə həmin nahiyədəki gərəksiz maye və piyləri aradan qaldırmağ üçündür.Vakuum funksiyalı başlıqlar xüsusilə selülitlərin müalicəsində effektiv hesab olunur.

RF cihazları stasionar və portativ olmaqla iki yerə bölünür.Təbii olaraq stasionar modellər daha güclü sayılır.Buna səbəb daha güclü texniki parametrlərə malik olması və funksionallığının daha universal olmasıdır.

Müasir portativ modellər daha erqonomik hesab olunur.Onlar mərkəz və salon xaricində də istifadə oluna bilir.Portativ modellər funksionallığ cəhətdən geri qalsada effekt cəhətdən heç də geri qalmır.

Əsas amillərdən biri başlıqlarda olan elektrodların sayıdır.Bu cəhətdən başlıqlar əsasən 3 yerə bölünür.
Monopolyar
Bipolyar
Tripolyar

Əlavə olaraq digər növ (tetrapolar,multipolar,quadpoar) RF texnologiyalarıda mövcuddur lakin ən əsas istifadə olunanlar bunlardır.

Monopolyar – Bu texnologiya ilk və ən ucuz növlərdən hesab olunur.Onların başlığında bir polyus mövcuddur.Bu növün qeyri-stabil olması səbəbindən demək olar ki,əksər kosmetoloqlar ondan imtina etmişdirlər.

Bipolyar – Yüksək tezliyə malik tokun keçdiyi iki elektrodlu növdür.Bir-birindən fiks məsafədə olan mənfi və müsbət elektrodlar proseduru rahatlıqla idarə etməyə imkan verir.Lakin uzunmüddətli istifadə zamanı qızmanın yaranması mümkündür.Bəzi cihazlarda əlavə olaraq daxili soyutma elementi mövcuddur və bu qızmanın qarşısını alır.

Tripolyar – Bu növ daha təhlükəsiz və innovativ texnologiya hesab olunur.Onlarda 3-cü,neytral elektrod mövcud olur.Bu üsulda temperaturu rahatlıqla idarə etmək olur və qızmanın qarşısı alınır.Əlavə olaraq bu üsulda elektrodlar hərəkətlidir və beləcə alınan effekt də daha yaxşı olur.

Bir cavab yazın

Sizin e-poçt ünvanınız dərc edilməyəcəkdir.