Bonamed tədrisi

Təlim proseslərimiz 3 mərhələli formada həyata keçirilməkdir:

1-ci mərhələ

Həkimlərimiz tərəfindən həyata keçirilən “nəzəri və praktiki” tədris prosesi.

2-ci mərhələ

Mütəxəssislərimiz tərəfindən həyata keçirilən “istifadə qaydaları” üzrə tədris prosesi.

3-cü mərhələ

Mühəndislərimiz tərəfindən həyata keçirilən “qulluğ və baxım” qaydaları üzrə tədris prosesi

 

Şirkətimizdə istənilən tibbi və estetik sahələr üçün nəzərdə tutulan avadanlıq və cihazların professional tədris xidmətləri mövcuddur. Əlavə olaraq qeyd etmək istərdik ki,məhsuln bizdən əldə ediləcəyi halda, çeşidinnən asılı olmayaraq tamamilə ödənişsiz formada təlim proqramları həyata keçirilir. 

“İstənilən bir mütəxəssisin ilk soruşduğu suallardan biri təlimin olub olmamasıdır. Göstərdiyimiz xidmətlə bu sualın düşünülməsinə belə ehtiyacın qalmamasını təmin etmək bizim üçün əsas prioritetlərdən biridir. Çünki şirkətimizin təmin etdiyi təlim xidmətini “bəli təlim var” sözləri ilə bildirməyimiz mütəxəssislərimizin zəhmətinə qarşı haqsızlıq sayıla bilər. Bonamed şirkəti tam detalizasiyalı, yüksək kvalifikasiyalı həkimlər tərəfindən, istər nəzəri istərsə də praktiki olaraq keçirilən mükəmməl təlimlər təşkil edir.Bu təlim prosesləri istər yeni başlayan,istərsə də texnologiya ilə yeni tanış olan mütəxəssislərə uyğun formada adaptasiya edilir və tədris proqramı individual olaraq formalaşdırılır.Hər bir şəxsin individual olaraq götürmə qabiliyyətindən asılı olaraq təlim müddətləri təyin olunur. Təlim proqramları bitdikdə isə, ehtiyac duyulacağı halda,sizdən öncə məhz bizim təkidimizlə təlim prosesi təkrarlanır.Çünki sizin öyrənmiş olduğunuz texnologiyanı professional formada tətbiq edə bilməniz bizim üçün ən mühüm amildir.”

                                                                                  Elnur Yusifov – Chief Service Officer     

Created by potrace 1.16, written by Peter Selinger 2001-2019

1.Estetik avadanlıqlar​

İstənilən növ estetik avadanlıqların təlim və tədrisi​

Created by potrace 1.16, written by Peter Selinger 2001-2019

3.Sertifikat​

Tədris proqramının sonunda şirkətimiz tərəfindən istifadəçi sertifikatı təqdim olunur.

Created by potrace 1.16, written by Peter Selinger 2001-2019

2.Tibbi avadanlıqlar​

İstənilən növ tibbi avadanlıqların təlim və tədrisi

Created by potrace 1.16, written by Peter Selinger 2001-2019

4.Konsultasiya

Bonamed şirkəti tədris prosesindən sonra da yaranacaq olan suallar və çətinliklərinizlə bağlı xidmətinizdə olmaqdadır.

TƏLİMÇİLƏR

DR.eLNARƏ CANLI

Türkiyə İstanbul Maya Akademiyası və Atatürk Universitetinin məzunu inyeksion prosedurlar üzrə yüksək kvalifikasiyalı təlimçi HIFU texnologiyalarının estetik tibbdə tətbiqi üzrə novator, ölkəmizin ən qabaqcıl mütəxəssislərindən biri olan, 10 ildən artıq professional təcrübəyə malik həkim-kosmetoloq

DR.Nuray Məmmədli

UMSA Ukrayna Tibb Akademiyasının məzunu, inyeksiyon prosedurlar üzrə yüksək kvalifikasiyalı təlimçi, plazma texnologiyasının dermatologiyada tətbiqi üzrə novator və illərin təcrübəsinin öz əksini tapdığı, ölkəmizin ən qabağcıl mütəxəssislərindən biri olan həkim-kosmetoloq.

Anar Qasımov

Biotibbi mühəndislik üzrə təhsilini Türkiyədə almış,tibbi avadanlıqlar və müayinə cihazları üzrə aparıcı mütəxəssis, futuristik yanaşmaya malik təlimçi.

Elnur Yusifov

Lazer texnologiyaları üzrə yüksək kvalifikasiyalı mühəndis,böyük təcrübəyə malik təlimçi və estetik texnologiyalar sahəsində innovativ yanaşmaya malik aparıcı mütəxəssis.